1 year, 2 months ago
UFAZ-ın sponsorluğu ilə “LinkedIn” sosial şəbəkəsi ilə bağlı tədbir keçirib

Fevralın 29-da Azərbaycan HR İnstitutu UFAZ-ın sponsorluğu ilə “LinkedIn” sosial şəbəkəsi ilə bağlı tədbir keçirib. Tədbirə sənaye liderləri və müxtəlif sahələrdən olan mütəxəssislər qatılıblar.
UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova açılış nitqi ilə çıxış edib və Azərbaycan-Fransız Universitetinin sponsorluğu ilə baş tutan tədbirin işgüzar cəmiyyət üçün önəmini vurğulayıb. Ardınca, Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov çıxış edərək, LinkedIn-in qlobal biznes platforması kimi rolununu əhəmiyyətindən danışıb.
LinkedIn-in Mərkəzi və Şərqi Avropa üzrə nümayəndələri Yelena Semenova, Nikolay Levkoev və Nik Kutris müxtəlif təqdimatlarla çıxış ediblər. Təqdimatların ardınca, kofe breyk baş tutub.




