2 həftə, 3 gün əvvəl

UFAZ tələbələri COP29 çərçivəsində GreenTech ClimAccelerator Azərbaycan 2024-də birinci yer tutub

puh;;

UFAZ tələbələri Elgün Həsənov və Emin Xəlifəyev “Codage” komandası adından çıxış edərək GreenTech ClimAccelerator Azərbaycan 2024-də birinci yeri tutublar. Onların “Ecoffin” adlı innovativ layihəsi komandaya Azərbaycanı BƏƏ-də beynəlxalq səviyyədə təmsil etmək şansı qazandırıb

Ecoffin parafin sənayesində davamlı innovasiya ilə inqilab yaratmağı nəzərdə tutur. Ecoffin patentləşdirilmiş kataliz və ultrasəs dalğaları ilə işlənmiş texnologiyadan istifadə edərək, CO2 emissiyalarını 27% azaldır və ənənəvi parafin məhsullarına ekoloji alternativ təklif edir. Layihə iki inqilabi parafin əsaslı innovasiyanı təqdim edir:

Ecoffin Rocket Fuel – Hibrid raket mühərrikləri üçün nəzərdə tutulmuş bu məhsul yüksək enerji sıxlığı və üstün yanma xüsusiyyətlərinə malikdir, ənənəvi raket yanacaqlarına ekoloji cəhətdən əlverişli alternativdir.

Ecoffin AgroProtect (P1 Grade) – Bitkibiti, gənə və ağqanadlar kimi zərərvericiləri məhv etmək üçün effektiv pestisid rolunu oynayan parafin yağıdır. Yüksək saflığı və aşağı fitotoksikliyi ilə müxtəlif bitkilər üçün ideal seçimdir və davamlı kənd təsərrüfatı təcrübələrinə uyğundur.

Məlumat üçün bildirək ki, Codage komandası 2024-cü ilin aprel ayında Sabah Hub tərəfindən təşkil edilən Yaşıl hakatonda qalib gəlmiş və Ecoffin layihəsini 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (Caspian Agro) təqdim etmişdilər.

Qeyd edək ki, GreenTech ClimAccelerator Azərbaycan 2024-dəki bu əlamətdar nailiyyət COP29 Azərbaycan çərçivəsində, EIT – Avropa İnnovasiya və Texnologiya İnstitutu, ClimAccelerator Climate-KIC və New Space Innovation kimi nüfuzlu təşkilatlar tərəfindən təşkil olunub.

oijhp;n
uih