Tədqiqat Şurası
Çevik və çoxşaxəli struktur olan Tədqiqat Şurası yeniliklərə, eləcə də dəyişən şəraitə sürətlə uyğunlaşaraq fəaliyyət göstərir. Şura mövcud ehtiyaclara operativ reaksiya verməklə yanaşı, gələcək strateji inkişaf istiqamətlərini öncədən nəzərə alır və onları konkret, mərhələli icra planlarına çevirir.
İl ərzində fasiləsiz fəaliyyət göstərən struktur öz daxili iş prosesini formalaşdırır. Bu proseslərə iclasların formatı və keçirilmə tezliyinin müəyyənləşdirilməsi, üzvlər arasında vəzifələrin bölüşdürülməsi, eləcə də zərurət yarandıqda tematik işçi qruplarının yaradılması daxildir.
Həmsədrlər
- Dr. Jean Marc Planeix, UFAZ-ın koordinatoru, Strasburq Universitetinin vitse-prezidenti
- Dr. Dünya Babanlı, UFAZ-ın müəllim-koordinatoru, ADNSU-nun müəllim-tədqiqatçısı
Tədqiqatçı koordinatorlar
ADNSU tərəfdən:
- Dr. Nigar İsmayılova, Kompüter elmləri üzrə tədqiqatçı koordinator
- Dr. Rəşad Abbasov, Yer elmləri üzrə tədqiqatçı koordinator
- Dr. Əli Əlizadə, Kimya mühəndisliyi üzrə tədqiqatçı koordinator
UNISTRA tərəfdən:
- Dr. Sesiliya Zanni-Merk, Kompüter elmləri üzrə tədqiqatçı koordinator
- Dr. Damien Lemarşan, Yer elmləri üzrə tədqiqatçı koordinator
- Dr. Kristof Serra, Kimya mühəndisliyi üzrə tədqiqatçı koordinator
Digər iştirakçılar
- Dr. Rüfət Əzizov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru
- Dr. Vazeh Əskərov, Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru
- Dr. Martin Qodon, Azərbaycan-Fransız Universitetinin (UFAZ) baş katibi
- Dr. Orxan Kərimzadə, ADNSU rektorunun müşaviri
- Samra Şiriyeva, UFAZ Tədris Departamentinin müdiri
- Dr. Mina Bağırova, UFAZ-ın tədqiqat işləri üzrə mütəxəssisi
Tədqiqat Şurası aşağıdakı məsələlər üzrə məsləhətlər verir:
Elmi strategiya: Tədqiqat proqramı və koordinasiya, komandaların tərkibi; laboratoriya ilə bağlı tədqiqat müqavilələri siyasəti; laboratoriyanın texnologiya transferi siyasəti və elmi məlumatların yayılması.
Resursların idarə edilməsi: Tələb olunacaq büdcə və onun komandalar arasında bölüşdürülməsi; tələb edilən insan resursları, tədqiqat vasitəsilə təlim siyasəti; bina və avadanlıqların bölüşdürülməsi, habelə onlardan istifadə üsulları.