Tələbə Şurası
Tələbə Şurası universitetdə tələbələrin maraqlarını və hüquqlarını təmsil edən, təklif və gözləntiləri rəhbərliyə çatdıran, eyni zamanda, tələbə həyatının inkişafına yönəlmiş təşəbbüslər irəli sürən idarəetmə birliyidir.
Şura üzvləri sədr, sədr müavini, hər ixtisasdan bir nümayəndə və birinci kursları təmsil edən tələbədən ibarətdir.
Tələbələrin idarəetmə orqanı universitetdə aktiv mühit formalaşdırır, qərarların qəbul edilməsində tələbə yanaşmasını diqqətə çatdırır, sosial məsuliyyət və könüllülük fəaliyyətlərini təşviq edir.
Bu qurumun əsas vəzifələri aşağıdakılardır:
- Şura üzvlərinin vəzifə və öhdəliklərini müəyyənləşdirmək;
- Hər il şura rəhbərliyinin müəyyən edilməsi üçün ədalətli və şəffaf seçkilərin təşkili;
- Bütün kurs və ixtisaslar üzrə tələbələr arasında ünsiyyətin inkişafı məqsədilə tədbirlərin keçirilməsi;
- UFAZ-ın tələbə təcrübəsini müxtəlif klub və fəaliyyətlər vasitəsilə tanıtmaq;
- Tələbələrin şəxsi və təşkilatçılıq bacarıqlarını inkişaf etdirməsinə dəstək olmaq;
- Şirkət nümayəndələri və sahə peşəkarlarını UFAZ-ın fəaliyyətlərinə cəlb etməklə tələbələrə karyera dəstəyi göstərmək;
- Tələbələr, müəllim heyəti və universitet əməkdaşları arasında səmərəli ünsiyyətə töhfə vermək;
- Tələbələrin hüquqlarını UFAZ rəhbərliyinin qarşısında təmsil etmək.
Tələbə Şurasının üzvləri (2026-2027)
Sədr: Günay Əşrəfova
Email: g.ashrafova@ufaz.az
Sədr müavini: Nadir Əzizov
Email: n.azizov@ufaz.az
“Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə nümayəndə: Kamilla Rəhimova
Email: k.rahimova@ufaz.az
“Neft və qaz mühəndisliyi” ixtisası üzrə nümayəndə: Fəhmin Süleymanov
Email: f.suleymanov@ufaz.az
“Kompüter elmləri” ixtisası üzrə nümayəndə: Nəsrin Əsədli
Email: n.asadli@ufaz.az
“Kimya mühəndisliyi” ixtisası üzrə nümayəndə: Lalə Rəhimli
Email: l.rahimli1@ufaz.az
“Kimya” ixtisası üzrə nümayəndə: Setayesh Rahimi
Email: s.rahimi@ufaz.az
Birinci kurs üzrə nümayəndə: Xəyal Teyyubov
Email: k.teyyubov@ufaz.az