Akademik İnkişaf Şurası

development council photo

Fransa qanunvericiliyinin tələblərinə əsasən, bütün ali təhsil müəssisələrində Universitet İnkişaf Şurası fəaliyyət göstərir. Bu qurum bakalavr və magistr proqramlarının sosial, peşəkar və iqtisadi mühitdəki dəyişikliklərə uyğun inkişafını təmin edir. UFAZ-ın əsas tərəfdaşlarından biri olan Strasburq Universiteti də bu qanunun icrasını təmin etdiyinə görə 2023-cü ildən Azərbaycan-Fransız Universitetində (UFAZ) də Universitet İnkişaf Şurası fəaliyyət göstərir.

Praktikada bu cür şuralar aşağıdakı məsələlər üzrə rəy bildirir:

  • İxtisasların elmi bilik, bacarıq və peşəkar inteqrasiya baxımından hazırlanması məqsədləri;
  • Mövcud və zərurət yarandıqda planlaşdırılan tədris kurslarının uyğunluğu;
  • Tələbələrin və peşəkar tərəfdaşların ehtiyaclarının inkişaf istiqamətləri;
  • Proqramın yuxarı, aşağı və orta səviyyəli digər proqramlarla əlaqələndirilməsi;
  • Tədris metodlarının auditoriyanın müxtəlifliyinə uyğunlaşdırılması;
  • Dərslərin ardıcıllığı və təşkili;
  • Təlim proqramlarının təkmilləşdirilməsi məqsədilə əvvəlki illərdə görülmüş tədbirlər.

İnkişaf Şurasının sərəncamında aşağıdakı məlumatlar ola bilər:

  • Son 5 ilin qəbul üzrə müraciət statistikası;
  • İmtahanda iştirak faizi;
  • İllər üzrə müvəffəqiyyət faizi;
  • İl ərzində diplom əldə edən tələbələrin nisbəti;
  • Əcnəbi tələbələrin sayı;
  • Təhsilini xarici universitetlərdə davam etdirənlərin sayı;
  • Məzunların faizi;
  • Dərslərin qiymətləndirilməsi üzrə nəticələr;
  • Dərslərdə tələbə qiymətləndirməsinin tətbiqi;
  • Məzunlar haqqında məlumat (məzun olduqdan 6, 18 və 30 ay sonra).

İnkişaf Şurası iclaslarının hesabatları həm UFAZ-ın Akademik komitəsinə, həm də UNISTRA-da müvafiq ixtisaslar üzrə inkişaf şuralarına göndərilir.

Tərkib

UFAZ-ın təlim proqramları üzrə inkişaf şuraları aşağıdakı tərkibdə formalaşdırılır:

  • Hər sahə üzrə proqram menecerləri (bakalavr və magistr);
  • Hər sahənin yerli koordinatorları;
  • Müəllimlərdən üç nümayəndə;
  • UFAZ Tədris Departamentinin nümayəndəsi;
  • Təlimdə olan tələbələrin nümayəndələri (bakalavr və magistrlar daxil olmaqla ümumilikdə 4 nəfər);
  • İki məzun;
  • 3-4 sənaye nümayəndəsi;
  • Təkliflərin UNISTRA-nın tələblərinə uyğunlaşdırılması üçün kənar sahədən olan UFAZ əməliyyat meneceri;
  • ADNSU-dan bir nümayəndə;

İclasların tezliyi

Şuralar gündəlikdəki məsələlərin müzakirəsi üçün ildə bir dəfə toplanır.

Kompüter Elmləri üzrə İnkişaf Şurası: İclasda dəvət olunmuş professorlar, yerli müəllimlər, proqram koordinatorları, 2 şirkətin - "Azercell" və "Azərkosmos"un nümayəndələri, eyni zamanda ADNSU-dan bir nümayəndə daxil olmaqla 21 nəfər iştirak edib.

Kimya Mühəndisliyi üzrə İnkişaf Şurası: İclasda dəvət olunmuş professorlar, yerli müəllimlər, proqram koordinatorları, 2 şirkətin - "SOCAR Downstream" və "SOCAR Polymer"in nümayəndələri daxil olmaqla 23 nəfər iştirak edib.

Yer Elmləri üzrə İnkişaf Şurası: İclasda dəvət olunmuş professorlar, yerli müəllimlər, proqram koordinatorları, 2 şirkətin - "Azərkosmos" və "EiLink"in nümayəndələri daxil olmaqla 15 nəfər iştirak edib.