ADNSU tələbə transferi

Azərbaycan-Fransız Universiteti (UFAZ) 2026/2027-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tələbələrinin köçürülməsi ilə bağlı sənəd qəbulu aparır.

  • Kimya mühəndisliyi
  • Geologiya və geofizika mühəndisliyi
  • Kompüter elmləri
  • Neft və qaz mühəndisliyi
  • Kimya

Qəbul yerlərinin sayı vakant yerlərə əsasən müəyyən olunur.

Universitetin birinci və ikinci tədris ilində ödənişli əsaslarla təhsil almaq istəyən ADNSU tələbələri UFAZ qəbuluna müraciət edərkən PDF formasını yükləməli və tələb olunan forma və sənədləri admissions@ufaz.az elektron ünvanına göndərməlidirlər.

Seçim prosesi

Qeydiyyat mərhələsini uğurla tamamlamış namizədlər ingilis dilində test suallarından ibarət elmi biliklərin yoxlanıldığı imtahanda iştirak etmək hüququ qazanırlar.

UFAZ-a qəbul imtahanından keçmiş tələbələr sentyabrın əvvəlində üzbəüz və ya videobağlantı formatında 15 dəqiqəlik fərdi müsahibədə iştirak etməlidirlər.

Müsabiqədə iştirak etmək üçün namizədlər imtahandan minimum 10/20 bal toplamalıdırlar.