Magistraturaya qəbul

UFAZ-ın magistratura pilləsinə qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş imtahanlarda iştirak etmək lazımdır. İmtahanda tələb olunan balı toplamış və UFAZ magistratura proqramlarına qəbulun birinci və ya ikinci mərhələsində şərti qəbul almış tələbələr UFAZ-da təhsil almaq şansı əldə edirlər.

“Fiziki kimya/Kimya mühəndisliyi”, “Yer elmləri” və “Su ehtiyatlarının idarəedilməsi” ixtisasları üzrə keçid balı 40 olduğu halda, “Data elmi və süni intellekt” proqramı üzrə bu göstərici 45 baldır. Qəbul imtahanında ingilis dili üzrə azı 20 bal toplamaq lazımdır.

Magistratura proqramı üçün ümumilikdə 110 yer ayrılıb və bütün yerlər ödənişsizdir.

UFAZ-a sənəd qəbulu mərhələsində tələb olunan sənədlər:

  • Namizəd UFAZ tələbəsidirsə: CV / motivasiya məktubu/ transkript
  • Namizəd digər universitetin tələbəsidirsə: CV/ motivasiya məktubu/ transkript/ tövsiyə məktubu/ İngilis dili biliyinin göstəricisi olan sənəd
  • DİM balı və bakalavr təhsilini bitirməsi ilə bağlı arayış şərti qəbuldan sonra əlavə olunacaq.

UFAZ magistratura ixtisaslarına qəbul zamanı ingilis dili biliyinin göstəricisi kimi bir neçə seçim təklif edir. Akademik göstəricilərinizə uyğun olan variantı seçə bilərsiniz:

  • Bakalavr təhsilini ingilis dilində aldığınıza dair arayış;
  • IELTS 6.5, TOEFL 80 və ya GMAT 550 bal;
  • UFAZ-ın şifahi formada aparılan daxili imtahanı. Bu imtahan beynəlxalq dil sertifikatı olmayan və bakalavr təhsilini ingilis dilində almamış namizədlər üçün nəzərdə tutulub.

UFAZ-a qəbul olunmaq üçün keçidə daxil ola bilərsiniz: https://admission.ufaz.az/

Əlaqə

  • Bakı ş., Nizami küç. 183, Azərbaycan-Fransız Universiteti (UFAZ)
  • Tel: (+994 12) 599 00 72
  • E-mail: admissions@ufaz.az