1 həftə, 6 gün əvvəl

"Azercell" şirkətinin dəstəyilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

18 May 2024, 9:00

thumbnail_image

Müddət

Bir gün

Məkan

UFAZ Conference Hall

Tədbir haqqında

“Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə baş tutacaq “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri hakatonda iştirak edə bilərlər. Hakatonda ştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.

Adı çəkilən sahələrdə baza biliklərinə sahib olan tələbələr üç nəfərlik qruplar formalaşdıraraq ərizələrini https://hackathon.ufaz.az/ platformasında may ayının 6-dək təsdiq etməlidirlər. İlkin dəyərləndirmə prosesi bitdikdən sonra 30 komanda hakatonun final mərhələsində ozünü sınamaq imkanı əldə edəcək. Hakaton 18-19 may tarixlərində UFAZ-da baş tutacaq və qaliblər may ayının 27-də açıqlanacaq. İlk üç yerin sahibləri dəyərli hədiyyələrlə təltif olunacaqlar.

Azercell və UFAZ-ın birgə səyləri nəticəsində ərsəyə gələn bu layihənin məqsədi texniki bilikləri və innovativ ideyaları ilə seçilən istedadlı gənclərin üzə çıxarılmasına, onların inkişafına öz töhfəsini verməkdir. Qeyd edək ki, “Techcell” hakatonu bu tərəfdaşlıq çərçivəsində həyata keçən sayca üçüncü hakatondur.

Tələbələr hakatonun ümumi qaydaları, qiymətləndirmə meyarları və qeydiyyatla bağlı https://hackathon.ufaz.az saytında məlumat əldə edə, bütün suallarını info@ufaz.az elektron ünvanı vasitəsilə təşkilatçılara yönləndirə bilərlər.