8 ay, 3 həftə əvvəl

24 nəfər UFAZ məzunu təqaüd qazanıb

454543754_1108584957468708_3105577387943141934_n

UFAZ məzunları dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində təqaüdlə oxuyacaqlar. 17 nəfər UFAZ məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın bir sıra qabaqcıl ali təhsil müəssisələrində, 7 nəfər məzun isə hökümətlərarası təqaüd proqramı ilə xarici ölkələrdə təhsil almaq şansı qazanıb. Tələbələr Nottinqem, Aberdin, Delft Texnologiya, Vorvik, Kolumbiya, İsveçrə Federal Texnologiya İnstitutu, London Kral Kolleci kimi nüfuzlu ali təhsil müəssisələrində ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə təhsillərini davam etdirəcəklər. Hökümətlərarası təqaüd proqramı çərçivəsində isə məzunlar Macarıstan və Çində oxuyacaqlar.