1 il əvvəl
UFAZ-da işlənmiş batareyaların təkrar emalını nəzərdə tutan layihəyə start verilib

UFAZ-ın ekologiya klubunun təşkilatçılığı ilə, universitetin giriş hissəsində xüsusi konteyner yerləşdirilib. Tələbələr və əməkdaşlar istifadə müddətini başa vurmuş batareyaları həmin konteynerə yerləşdirirlər. Sonda toplanan batareyalar təkrar emala göndəriləcək. Layihənin keçirilməsində məqsəd adambaşına düşən istixana qazları tullantılarının miqdarını azaltmaq və ətraf mühitin mühafizəsinə töhfə verməkdir. Qeyd edək ki, batareyalar may ayının 31-nə qədər toplanılacaq. Ardınca, təkrar emal məqsədilə müvafiq şirkətlərə təhvil veriləcək.

