1 ay, 2 həftə əvvəl

UFAZ-da “Yeni Tiokarbamid Törəmələrinin Tədqiqi: Nəzəri və Eksperimental Perspektivlər” Mövzusunda Seminar Keçirildi

sem1

Xəzər Universitetinin kimya müəllimi, Bakı Dövlət Universitetinin magistratura pilləsi üzrə müəllimi Tahir Cavadzadənin elmi-tədqiqat seminarı baş tutdu. O, “Yeni Tiokarbamid Törəmələrinin Tədqiqi: Nəzəri və Eksperimental Perspektivlər” adlı seminarda analitik kimya üzrə tədqiqat nəticələrini təqdim etdi.

Seminarda yeni tiokarbamid törəmələrinin metal kompleksləri, analitik və bioloji xassələrinin öyrənilməsindən, çirkab suların təmizlənməsində onların tətbiqi imkanlarından danışıldı. Məsələ ətrafında yerli və xarici nəşrlərdə məqalələri dərc olunan və bir ixtiranın müəllifliyini alan tədqiqatçı araşdırmalarının üstün tərəfinin çoxşaxəli xarakter daşıması olduğunu bildirdi. Tədbirdə nəzəri biliklərlə pratiki tətbiqlərin birləşdirilməsinin əhəmiyyətinə xüsusi olaraq toxunuldu.

Seminar tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam etdi.

sem 2
sem3
sem4