7 ay, 1 həftə əvvəl

UFAZ-da “Ətraf mühitin dayanıqlığı üçün yenilikçi materiallar" adlı seminar keçirilib

myyyyy

UFAZ-da “Ətraf mühitin dayanıqlığı üçün yenilikçi materiallar" adlı seminar keçirilib. Seminarda UFAZ-ın iki nüfuzlu tədqiqatçısı ətraf mühit problemlərini həll etməyə yönəlmiş yenilikçi materiallar haqqında öz biliklərini paylaşıblar.

Şəbnəm Feyziyeva "CO2-nin seçiciliyi və zeolitlər və metal-orqanik skeletlərlə (MOFs) katalizləşmədən sonrakı çevrilmə" mövzusunda təqdimat edib. Qeyd edək ki, o, hazırda Strasburq Universitetində doktorantura təhsili alan Şəbnəm Feyziyeva 2023-cü ildə UFAZ-ın Fiziki Kimya və Kimya Mühəndisliyi üzrə magist proqramını bitirib. Onun tədqiqatları adsorbsiya prosesləri və kataliz üçün yenilikçi materialların sintezi və xarakterizasiyasına yönəlmişdir.

Narınc Tağıyeva "Pestisid çirkləndiricilərin sudan təmizlənməsi üçün qrafen oksid tərkibli kompozitlər" mövzusunda təqdimatla çıxış edib. Narınc Tağıyeva Qafqaz Universitetində bakalavr, ADNU-da da magistr dərəcəsini tamamlayıb. O, hazırda ADNSU və Strasburq Universitetinin birgə doktorantura (kotutelle) proqramı üzrə təhsil almaqdadır.

Seminar maraqlı sual-cavab sessiyası ilə başa çatdı. İştirakçılar tədqiqatlar haqqında daha dərin məlumat əldə etdilər. Maraqlı müzakirələr zamanı bu qabaqcıl materialların mühüm ekoloji problemlərin həllindəki əhəmiyyəti vurğulandı və auditoriyanı ilhamlandıraraq sahədəki gələcək inkişafları araşdırmağa həvəsləndirdi.

myyyyyyyy
myyyy
myy
myyy