4 ay əvvəl
UFAZ-da "Mikroaxın sistemdə fərqli kapilyar düzülüşləri ilə hidroksiapatit nanohissəciklərinin sintezi" mövzusunda tədqiqat seminarı keçirilib

Dekabrın 11-də UFAZ-da "Mikrofaxın sistemdə fərqli kapilyar düzülüşləri ilə hidroksiapatit nanohissəciklərinin sintezi" mövzusunda tədqiqat seminarı keçirilib. Seminar UFAZ-da Kimya Mühəndisliyi üzrə müəllim və Strasburq Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında ikili doktorantura proqramının üçüncü kurs tələbəsi olan Leyla Əliyeva tərəfindən təqdim olunub.
Qeyd edək ki, Leyla Əliyeva bakalavr və magistr təhsilini ADNSU-da alıb və geniş akademik bilik və tədqiqat təcrübəsini iştirakçılarla bölüşüb. Seminar kimya mühəndisliyi və material elmləri sahəsində əhəmiyyətli maraq doğuran hidroksiapatit nanohissəcikləri ilə bağlı araşdırmalarına dair faydalı məlumatlar təqdim edib.


