10 ay, 4 həftə əvvəl
UFAZ-da uşaq və yeniyetmə psixiatrı, dosent Dr. İkram Rüstəmov tərəfindən “Gənc şəxsiyyət” mövzusunda seminar keçirilib

UFAZ-da uşaq və yeniyetmə psixiatrı, dosent Dr. İkram Rüstəmov tərəfindən “Gənc şəxsiyyət” mövzusunda seminar keçirilib. O, yeniyetməliyin keçid dövrü, intensiv tədris dövrü və digər mərhələlərində baş qaldıran psixoloji dəyişikliklər barəsində məlumat verib. Həmçinin gənc şəxsiyyətin “mənliyi”nin və onun ətraf cəmiyyət tərəfindən necə qavranıldığının gənc şəxsiyyətin bünövrəsi olduğunu vurğulayıb. İkram Rüstəmov bildirib ki, şəxsiyyətin inkişafı gəncliyin mərkəzidir. Görüşdə gənc şəxsiyyətin qarşılaşdığı depressiya, davranış problemləri, gender disforiyası, şəxsiyyət pozuntuları, maddə istifadəsi kimi kliniki vəziyyətlərin onun psixoloji durumuna necə təsir etdiyi və bu vəziyyətlə başa çıxma üsulları haqqında da məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb.




