11 ay, 2 həftə əvvəl

KPMG şirkəti tərəfindən UFAZ tələbələri üçün vorkşop keçirilib

iiiiii2

UFAZ-ın 4-cü kurs və magistratura pilləsində təhsil alan tələbələri üçün KPMG şirkəti tərəfindən vorkşop keçirilib. UFAZ Karyera mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə tələbələrə şirkətin fəaliyyət istiqaməti, təcrübə keçmək və iş imkanları barəsində məlumat verilib. Görüşdə KPMG şirkətinin Azərbaycan nümayəndəliyinin direktor müavini Alyona Düsembayeva, menecer köməkçisi Karina İmanzanova, məsləhətçi Leyla Nəzərli çıxış edərək, tələbələrlə görüşlərin onların peşəkar karyeraya qədəm qoya bilməsi baxımından müstəsna əhəmiyyətini vurğulayıb, həmçinin şirkətin hədəf və strategiyalarını vurğulayıblar. Ardınca, şirkətin məsləhətçisi Ömər Aslanlı vorkşop keçirib. Sonda iştirakçıların sualları cavablandırılıb .

workshop
iiiiiii21
iiiii2