11 ay, 1 həftə əvvəl

Kembric Universitetinin doktorantı Einsliy Trehan və Strasburq Universitetinin doktorantı Zaur UFAZ-da elmi seminar keçirib

cfgjdj

Kembric Universitetinin Coğrafiya Departamentinin doktorantı Einsliy Trehan seminar çərçivəsində "İdarəetmə üçün elmi səfərbər etmək: Azərbaycan və Gürcüstanda dissiplinlər-arası təbii fəlakət riskinin azaldılması" mövzusunda çıxış edib. Trehan hazırda transsərhəd fəlakət risklərinin idarə edilməsi üzrə tədqiqat aparır. Onun araşdırmaları tarixi, siyasi və coğrafi amillərin Azərbaycan və Gürcüstan arasında sərhədüstü fəlakət risklərinin idarə edilməsi şəbəkələrinin institusional əlaqələrə necə təsir etdiyinə dairdir. Trehanın tədqiqatı həm sahədə, həm də elmi araşdırmanı özündə ehtiva edir.

Strasburq Universitetinin doktorantı Zaur Bayramov isə "Qafqaz regionu və Şimali İranın Yer qabığının müasir deformasiyaları: yarı-avtomatikləşdirilmiş seysmik kataloqdan və InSAR zaman seriyalarından müşahidələr" mövzusunda danışıb. Onun tədqiqatı seysmoloji məlumatların, süni intellekt texnikalarının və peyk radar interfereometrik məlumatlarının inteqrasiyası vasitəsilə bütöv Qafqaz regionu və Şimali İran arasındakı tektonik strukturların cari deformasiya dinamikası və qarşılıqlı təsirlərini aydınlaşdırmağı hədəfləyir. Seminar regional geoloji proseslərə dair dərin baxışlar təqdim edəcək.

Mayın 17-də UFAZ-da baş tutan tədbir bu bölgədə fəlakət riskinin azaldılmasının mürəkkəbliyi haqqında dəyərli məlumatlar verib.

drfhdrh
df
hdh
rfr