11 ay, 1 həftə əvvəl

UFAZ-da 'Süni intellekt dövründə rəqəmsal etibarlılıq: Özünüzü qorumaq üçün vasitələr' adlı tədbir keçirilib

ffh

UFAZ-da 'Süni intellekt dövründə rəqəmsal etibarlılıq: Özünüzü qorumaq üçün vasitələr' adlı tədbir keçirilib. Görüşdə 3 müxtəlif mütəxəssislə yanaşı, Polygraf şirkətinin rəhbəri də ABŞ-dan onlayn şəkildə qoşulub. Tədbir iştirakçıları “Süni intellekt məzmununun aşkarlanması” planını pulsuz olaraq əldə ediblər. Bu proqram süni intellektin, mənbənin aşkarlanması, müəllif hüquqlarının qorunması və yazı analizi kimi xüsusiyyətləri özündə ehtiva edir.

“Süni intellektin aşkarlanması” adlı genişlənmə istifadəçilərə rəqəmsal məzmunun həqiqiliyini və orijinallığını sürətli və dəqiq şəkildə müəyyən etməyə kömək etmək üçün hazırlanıb. Bu proqram hər hansı onlayn məzmunu analiz edə bilər və onun insan tərəfindən yaradılıb-yaradılmadığını, əgər süni intellekt ilə yaradılıbsa, məhz hansı modeldən (GPT 3.5, GPT 4, Gemini, Claude, Llama 3) istifadə edildiyini göstərə bilər. Bu tədbir süni intellekt, kompüter elmləri və mənmun yaradılması ilə maraqlananlar, həmçinin də UFAZ tələbələri üçün maraqlı olub. Sonda iştirakçıların sualları cavablandırılıb.

ffg
fhh
dfhxh
xdhfh