7 ay, 2 həftə əvvəl
ADNSU-da yeni tədris ilinin başlaması münasibətilə tədbir keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yeni tədris ilinin başlaması münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov universitetin kollektivinə, tələbə-müəllim heyətinə yeni dərs ilində uğurlar arzulayıb.
Tədbir çərçivəsində universitetin bütün ixtisasları üzrə müvafiq olaraq ən yüksək bal toplayan tələbələrə hədiyyələr təqdim olunub. Azərbaycan-Fransız Universitetinin bakalavr və magistratura səviyyələri üzrə DİM imtahanında ən yüksək bal toplamış Nicat Abdullazadə, Tamara Həsənova, Məhəmməd Cavadzadə və Nilufər İlyaslı da mükafatlandırılıb. UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova tələbələrə hədiyyələrini təqdim edib və uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkdirilib.


