1 il, 2 ay əvvəl
UFAZ-da illik “Yer Elmləri və Şəbəkələşmə”tədbiri keçirilib

21 fevral tarixində Azərbaycan-Fransız Universitetində (UFAZ) Yer Elmləri Departamenti tərəfindən təşkil olunmuş illik “Yer Elmləri və Şəbəkələşmə” (Earth Science Mixer) tədbiri keçirilib. Tədbirdə ötən həm təhsil, həm də tədqiqat sahəsində tələbələrin və heyətin qazandığı uğurlardan bəhs edilib. Bp, Azərkosmos, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Azərbaycan Mühəndislər Birliyi, SOCAR Geofizika və Geologiya Kəşfiyyat İdarəsi, Azərbaycan Energetika Nazirliyi, Kəşfiyyat Geofizikləri Cəmiyyəti, Caspian Geo MMC və s. kimi təşkilatların nümayəndələri tədbirdə iştirak edib. UFAZ-ın Yer Elmləri üzrə koordinatoru və professoru Clara Jodry və dəvət olunmuş professoru Damien Lemarchand qonaqları salamlayıb və universitetdə tədris olunan akademik proqramlar və Yer Elmləri üzrə tədqiqat proyektləri barədə məlumat verib.
Daha sonra UFAZ tələbələri öz elmi posterlərini təqdim edib.
Qeyd edək ki, bu şəbəkə görüşünün məqsədi UFAZ-ın Yer Elmləri sahəsi üzrə fəaliyyət göstərən tərəfdaşlarına və mütəxəsisslərə universitet, tədqiqat institutları və şirkətlər arasında gələcək əməkdaşlığı stimullaşdırmaqdır.



