8 ay, 2 həftə əvvəl
Daha 5 nəfər UFAZ məzunu təqaüd qazanıb

UFAZ məzunları dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində təqaüdlə oxuyacaqlar. Daha 5 nəfər UFAZ məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın bir sıra qabaqcıl ali təhsil müəssisələrində təhsil almaq şansı qazanıb. Tələbələr Bonn, Vorvik, Aberdin, PSL universitetləri və London Universitet Kolleci kimi nüfuzlu ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə təhsillərini davam etdirəcəklər.