2 ay, 2 həftə əvvəl

UFAZ-da “Moodrik Talks”un Növbəti Sessiyası Baş Tutdu

talcatran1

UFAZ-da startap və akseleratorlar sahəsində dünya miqyasında tanınan mütəxəssis Tal Catranın iştirakı ilə “Moodrik Talks”un daha bir sessiyası keçirildi. “Startups Kickass 101” adlı tədbir tələbələr arasında böyük maraq doğurdu.

Tanınmış startap mütəxəssisi, bu sahədə uğurlu ekosistemlərin müəllifi Tal Catran sahibkarlıq düşüncəsi və startaplar üçün effektiv strategiyalarla bağlı biliklərini iştirakçılarla bölüşdü. Tələbələrin sahibkarlıq və startap planlarının reallaşmasına ilham verməyi hədəfləyən tədbirdə iştirakçıların suallarına da yer verildi.

talcatran2
talcatran3