4 ay, 4 həftə əvvəl
ADNSU və UFAZ-ın tələbələrin "Qaradağ" Günəş Elektrik Stansiyası ekskursiyası baş tutub

ADNSU və UFAZ-ın tələbələrinin də iştirakı ilə Neft Mühəndisləri Cəmiyyətinin "Qaradağ" Günəş Elektrik Stansiyası ekskursiyası baş tutub. Əvvəlcə iştirakçıların təhlükəsizliyini və hazırlığını təmin etmək üçün hərtərəfli təlim keçilib. Ardınca, tələbələr sistem nəzarət otağını ziyarət edərək, ümumi və aktiv enerji istehsalı, eləcə də günəş enerjisinin batareyalarda necə saxlanıldığı barədə məlumat əldə ediblər.
Səyahət günəş panellərinin iş prinsiplərinə dair maarifləndirici sessiya ilə davam edib və ekskursiya günəş sahəsinə ziyarətilə yekunlaşıb. Tələbələr günəş panellərini yaxından görmək və onların funksionallığını başa düşmək imkanı qazanıblar.
Qeyd edək ki, sahə səfərinin təşkil edilməsində məqsəd tələbələrin bərpa olunan enerji texnologiyaları üzrə biliklərini artırmaq idi.


