1 il əvvəl

“Xəzər hövzəsi keçid dövründə: Yer elmləri və ətraf mühit problemləri arasında körpü 2024” konfransına start verildi

yjsyj

İyunun 3-dən 6-dək UFAZ-da baş tutacaq “Xəzər hövzəsi keçid dövründə, yer elmləri və ətraf mühit problemləri arasında körpü 2024” adlı konfransa start verildi.

Konfransın ümumilikdə 4 gün davam etməsi nəzərdə tutulur. Bp şirkətinin baş sponsorluğu ilə UFAZ, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, CASPISNET, EiGroup və ARPA İB tərəfindən birgə təşkil olunan bu konfrans dəyişməkdə olan dünyada yer elmlərinə dair əsas çətinlikləri müzakirə etmək üçün zəngin bir platforma təklif edir. Azərbaycan-Fransız Universitetinin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova tədbiri giriş sözü ilə açaraq bildirib ki, UFAZ-ın məhz COP29 ərəfəsində belə bir beynəlxalq konfransa ev sahibliyi etməsi heç də təsadüfi deyildir. UFAZ hər zaman tədrislə yanaşı, tədqiqata və elmə böyük önəm vermişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov elmin və tədqiqatın hər zaman ADNSU-nun, eləcə də UFAZ-ın ən çox önəm verdiyi sahələr sırasında yer aldığını vurğulayıb. Tədbirdə həmçinin SOCAR-ın vitse prezidenti Arzu Cavadova, Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə, Bp şirkətinin nümayəndəsi Nazim Abdullayev, UFAZ-ın Yer elmləri departamentinin proqram rəhbəri Damien Lemarşan, Cenevrə Universitetinin Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedjazi, Kaliforniya Texnologiya İnstitutunun tədqiqatçısı Sassan Saatçi və başqalarının çıxışlarına yer verildi.

Xəzər hövzəsinə dair konfrans enerji keçidi ilə bağlı çətinliklərə cavab olaraq yer elmlərində yeni yanaşmaların, metodologiyaların və məlumatların təqdim edilməsi və müzakirə olunmasını hədəfləyir. Konfransda Xəzər dənizi hövzəsinə dair mövzulara xüsusi diqqət yetiriləcək, keçid dövründə olan dünyanın problemləri, georesursların kəşfiyyatı və davamlılığı, geotəhlükələrin qiymətləndirilməsi və qarşısının alınması, həmçinin təbii və antropogen sistemlərin qlobal dəyişikliklərə davamlılığı kimi məsələlər araşdırılacaq.

Həm yerində, həm də virtual təqdimatlara yer verilən konfransda mühazirələr, şifahi təqdimatlar, həmçinin abstraktların və posterlərin nümayişi baş tutdu. Məlumat üçün bildirək ki, təqdimat üçün 73 abstrakt göndərilsə də, onlardan 42-i şifahi təqdimat, 25-ı isə poster şəklində nümayiş üçün seçilib. 4 gün davam etməsi nəzərdə tutulan konfransda dəyirmi masa müzakirələri, palçıq vulkanlarında sahə təcrübəsi, qeyri-rəsmi müzakirələr üçün şam yeməyi və şəbəkələşmə kimi fəaliyyətlər də baş tutacaq. Konfransda həmçinin COP29 çərçivəsində müzakirə olunması nəzərdə tutulan davamlılıq və iqlim dəyişmələri ilə bağlı məsələlərə dair mövzulara da toxunulacaq.

Konfransda 4 əsas mövzu olması nəzərdə tutulur. Spikerlərin çıxışları həmin 4 mövzu əsasında olacaqdır. Həmin mövzulara “Xəzər hövzəsinin georesurslarının tədqiqi və qorunması”, “Geotəhlükələrin qiymətləndirilməsi və qarşısının alınması”, “Keçid dövründə iqlim dəyişikliyi və davamlılıq” və “Yer elmləri sahəsindəki sərhədlər” daxildir. Konfransa Azərbaycanla yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, İran, Fransa, Birləşmiş Krallıq, Türkiyə, Norveç, İsveçrə, Cənubi Afrika, İtaliya. Finlandiya və İsraildən də iştirakçılar qatılıblar.

4 gün ərzində davam edəcək konfransın əsas spikerləri Elm və Texnologiyada Avropa Əməkdaşlığı (COST) fəaliyyəti üzrə Türkiyə təmsilçisi və Dəniz Elmləri və Texnologiyası İnstitutunun professor Günay Çiftçi, Tel-Əviv Universitetinin professoru, həmçinin ADNSU-nun fəxri professor Lev Appelbaum, Milan Katolik Universitetinin professor assistenti Matteo Tarantino, Kosmik Geofiziki Okeanoqrafiya Laboratoriyasının (LEGOS) nümayəndəsi Jan Fransua Kreto, ABŞ-ın Ətraf Mühit Sistemləri Tədqiqat İnstitutunun (ESRİ) Beynəlxalq Tədqiqatlar üzrə direktoru Sohail Elabd, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunda tədqiqatçı Rodriqo Labardini və Kaliforniya Texnologiya İnstitutunun Reaktiv Hərəkət Laboratoriyasında Qlobal Karbon Dövranı və Ekosistem məsələləri üzrə baş elmi tədqiqatçı Sassan Saatçi olacaq.

yulrul
ruçul
uuuuu
içlruçl
uuu
uiluli
yukuk