10 ay, 4 həftə əvvəl
UFAZ tələbələri üçün növbəti dəfə ödənişsiz olaraq “DELF” imtahanları təşkil olunub

UFAZ tələbələri üçün növbəti dəfə ödənişsiz olaraq “DELF” imtahanları təşkil olunub. Azərbaycan-Fransız Universitetinin 4-cü kurs tələbələri imtahanda iştirak ediblər. Məlumat üçün bildirək ki, tədris ili müddətində UFAZ Karyera Mərkəzi tərəfindən UFAZ-da ödənişsiz DELF imtahanına hazırlıq dərsləri keçirilib. Nəticədə, iştirakçılar B1, B2 dil biliyi səviyyələrinə çatdırılıblar. Onlardan bir qismi fransız dil biliyi tələbi irəli sürən “TotalEnergies E&P Beynəlxalq Təqaüd Proqramı” təqaüd proqramının qalibi olublar. Bununla da, Fransanın müxtəlif universitetlərində pulsuz təhsil almaq şansı qazanıblar.
Qeyd edək ki, DELF əcnəbilər üçün nəzərdə tutulan imtahandır və iştirakçıların Dillər üçün Ümumi Avropa İstinad Çərçivəsinin (CEFR) ilk dörd səviyyəsinə uyğun olaraq fransız dili biliyini müəyyən etmək üçün keçirilir.