3 həftə, 2 gün əvvəl

UFAZ-da ICPC Regional Seçmə Mərhələsi baş tutub

icpc ufazda 5

Oktyabrın 26-da Azərbaycan-Fransız Universiteti (UFAZ) Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Regional Seçmə Mərhələsinə ev sahibliyi edərək istedadlı gənc proqramçıları bir araya gətirdi.

5 saat davam edən intensiv yarışda UFAZ-ı təmsil edən, hər biri 3 üzvdən ibarət olan 24 komanda gücünü sınadı. Tələbələr yalnız bir kompüterdən istifadə edərək mürəkkəb alqoritmik problemlərin həlli üçün öz bilik və bacarıqlarını meydana qoydular. Bu birgə fəaliyyət həm komandaların əməkdaşlıq bacarıqlarını, həm də sürətli problem həll etmə qabiliyyətlərini sınağa çəkdi.

Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışmalarından biri olan ICPC tələbələri analitik düşüncə, yaradıcılıq və kodlaşdırma bacarıqlarını real alqoritmik problemlərdə tətbiq etməyə həvəsləndirir. Turnir tələbələrə bacarıqlarını nümayiş etdirmək, kritik düşüncə tərzini inkişaf etdirmək və qlobal proqramlaşdırma icması ilə əlaqələr qurmaq üçün unikal platforma təqdim edir.

Yarış zamanı UFAZ tələbələri yüksək səviyyədə kodlaşdırma, strategiya qurma və komandada işləmə bacarıqlarını nümayiş etdirdilər. Qiymətləndirmə nəticəsində UFAZ-dan ən yüksək bal toplamış beş komanda növbəti mərhələyə – Bakı Mühəndislik Universitetində keçiriləcək 1/4 finala yüksəlmək imkanı qazandı. Bu isə tələbələrimizi yarışın beynəlxalq mərhələsinə bir addım da yaxınlaşdırdı.

Tələbələrimizi təbrik edir və növbəti mərhələlərdə daha böyük uğurlar qazanmalarını arzulayırıq!

icpc ufazda 1
icpc ufazda 2
icpc ufazda 3
icpc ufazda 4
icpc ufazda 6
icpc ufazda 7
icpc ufazda 8
icpc ufazda 9