1 il, 1 ay əvvəl
UFAZ-da laboratoriyaya ziyarət təşkil edilib

UFAZ-da magistratura təhsili almaq istəyənlər üçün laboratoriyaya ziyarət təşkil edilib. Müxtəlif universitetlərin bakalavr pillələrində təhsil alan tələbələr kimya, fizika və kompüter laboratoriyalarını gəziblər və onlara avadanlıqlar, eləcə də praktiki dərslər barəsində məlumat verilib. Qeyd edək ki, UFAZ laboratoriyaları Strasburq universitetinin laboratoriyaları əsasında Avropa standartlarına uyğun şəkildə hazırlanıb. Hazırda UFAZ-ın 10 elmi laboratoriyası fəaliyyət göstərməkdədir.



