11 ay əvvəl
UFAZ-da “Moodrik Talks” tədbiri keçirilib

Mayın 29-da UFAZ Sahibkarlıq və İnnovasiya Mərkəzi tərəfindən “Moodrik Talks” adlı tədbir baş tutub. Tədbirdə Nadir Ələsgərov "Müştəri kəşfi sənəti: Məhsul və bazarın uyğunluğu" mövzusunda çıxış edib. Çıxış başa çatdıqdan sonra, o iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, Nadir Ələsgərov Azərbaycanda mobil şəbəkə operatorlarının əsas provayderi olan və aparıcı proqram təminatının hazırlanması və avtomatlaşdırılmış idarəetmə sistemlərinin inteqratoru Kibrit Tech şirkətinin baş direktorudur. O, həmçinin, 100-dən çox məşhur brendi özündə birləşdirən rəqəmsal hədiyyə kartı platforması olan İOKİO-nun həmtəsisçisidir.
Nadir Ələsgərov telekommunikasiya, VAS (Əlavə Dəyər Xidmətləri), məhsulun idarə edilməsi, satış və marketinq, İT layihəsi və portfelin idarə edilməsi və biznes təhlili sahələrində 15 ildən artıq geniş təcrübəyə sahibdir.




