2 ay, 3 həftə əvvəl
UFAZ İnnovasiya Mərkəzində “Tələbə Uyğun Təklif” Mövzusunda “Moodrik Talks” Sessiyası Keçirildi

“ESAM Innovations” şirkətinin qurucusu Elşən Quliyevin iştirakı ilə UFAZ-da “Moodrik Talks”un növbəti sessiyası baş tutdu. “Tələbə uyğun təklif” adlı tədbir zamanı Elşən Quliyev iştirakçılarla İKT xidmətləri sahəsindəki dəyərli təcrübələrini bölüşdü.
O, universitetin tələbələri karyeraya necə hazırladığını, öz uğur və uğursuzluq hekayələrini danışdı, iştirakçılara tələbə uyğun təkliflər edərkən haradan və necə başlamalı olduqlarını izah etdi.
Tədbir interaktiv şəkildə keçdi: iştirakçılar startap ideyalarını bölüşərək spikerdən məsləhət aldılar və sual-cavab sessiyasında iştirak etdilər.




