2 həftə, 3 gün əvvəl

UFAZ-da film nümayişi günü keçirilib

movie

UFAZ-da film nümayişi günü keçirilib. UFAZ Film klubunun təşkilatçılığı ilə Fransua Trüffonun "400 Zərbə" filminin tələbələr üçün nümayişi baş tutub. Universitetin əsas auditoriyasında baş tutan tədbirə kino həvəskarı olan xeyli tələbə qatılıb. "400 Zərbə" filmi nümayişi, tələbələrin klassik kino ilə bağlı məlumatını artırmaq və film vasitəsilə iştirakçılarda özünüifadə və nəqletmə bacarıqlarının inkişafına zəmin yaratmaq idi.

Qeyd edək ki, bu cür görüşlərin keçirilməsində məqsəd tələbələrin müxtəlif mədəniyyətlər və kino texnikaları barəsində biliklərini artırmaq və incəsənətin məhz bu növünün fərdin özünüdərkində rolunu vurğulamaqdır.

WhatsApp Image 2024-05-02 at 17.40.17
WhatsApp Image 2024-05-02 at 17.40.17