4 ay, 2 həftə əvvəl
UFAZ-da magistratura proqramları ilə bağlı açıq qapı günü keçirilib

Dekabrın 13-də Azərbaycan-Fransız Universiteti (UFAZ) magistratura proqramlarına müraciət etmək istəyən tələbələr üçün açıq qapı günü təşkil edib. Tədbirdə tələbələrin və UFAZ-da təhsil almaq istəyən namizədlərin iştirakı ilə UFAZ-ın akademik imkanları və tədqiqat infrastrukturu haqqında ətraflı məlumat təqdim edilib.
Tədbir UFAZ-ın İcraçı direktoru vəzifəsini icra edən Lətifə Nəsibova və UFAZ koordinatoru Jan-Mark Planeks iştirakçıları salamlaması ilə başlayıb. Ardınca universitetin ictimaiyyətlə əlaqələr üzrə meneceri Xülya Sabirlinin təqdim etdiyi magistratura proqramları haqqında tədqiqar edilib.
Ardınca, UFAZ-ın magistratura proqramlarının koordinatorları akademik proqramlar haqqında ətraflı təqdimarla çıxış ediblər. Yer elmləri və Su resurslarının idarə edilməsi üzrə magistratura proqramlarının koordinatoru Damien Lemarşan və Kimya mühəndisliyi üzrə magistratura proqramının koordinatoru Kristof Serra bu proqramların təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat veriblər.
UFAZ-ın magistratura tələbəsi Gülbəniz Şükürova öz tələbəlik təcrübələrini, universitet həyatı və məzun olduqdan sonrakı karyera perspektivləri barədə planlarını və təcrübələrini iştirakçılarla bölüşüb.
Tədbir interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb. Magistratura proqramlarının koordinatorları, eləcə də tədris departamentinin müdir müavini Səmra Şiriyeva iştirakçıların suallarını cavablandırıblar.
Açıq qapı günü UFAZ-ın innovativ təhsil proqramları və dünya səviyyəli tədqiqat infrastrukturu haqqında məlumat əldə etmək istəyən tələbələr üçün dəyərli bir imkan rolunu oynayıb.






