5 ay, 3 həftə əvvəl
Procter & Gamble Azərbaycan iş İmkanları ilə bağlı UFAZ-da infosessiya keçirib

Procter & Gamble (P&G) Azərbaycan Azərbaycan-Fransız Universitetində (UFAZ) şirkətin təklif etdiyi iş imkanlarını təqdim etmək məqsədilə informasiya sessiyası təşkil edib. Sessiya P&G komandasının olan nümayəndələrinin təqdimatları ilə davam edib və tələbələrə karyera istiqamətində faydalı məsləhətlər verilib.
Sessiyanı şirkətin Marketinq Strategiyası və Planlaşdırma üzrə meneceri Firuzə Abbasova açaraq, tələbələri şirkətin karyera imkanları ilə bağlı məlumatlandırıb. Ardınca, brend menecer Cəmilə Qədimova və Biznesin planlaşdırılması üzrə meneceri Səma Mirzəzadə öz sahələrindəki təcrübələrini və biliklərini tələbələrlə bölüşüblər.
Həmçinin, P&G-nin brend əməliyyatları üzrə təcrübəçisi Aqil Zəkəriyə şirkətdə çalışdığı müddət ərzində qazandığı təcrübəni tələbələrlə bölüşüb. Qeyd edək ki, Aqil hazırda UFAZ-ın Kompüter elmləri üzrə bakalavr proqramında təhsil almaqdadır.
Bu tədbir tələbələrə şirkətin fəaliyyətləri və karyera yolları haqqında ətraflı məlumat və P&G şirkətinin nümayəndələri ilə şəbəkələşmə imkanı qazandırıb.



