4 ay, 3 həftə əvvəl

Qatar Airways şirkəti tələbələr üçün endirim proqramı ilə bağlı UFAZ-da məlumat sessiyası keçirib

sssssssssssssss

Qatar Airways şirkəti Azərbaycan-Fransız Universitetində (UFAZ) tələbələr üçün eksklüziv endirim proqramını təqdim etmək məqsədilə məlumat sessiyası keçirib. Sessiya Kəmalə Məmmədova və Aynur Yaradanquliyeva tərəfindən aparılıb. Onlar proqramın təklif etdiyi faydalar və imkanlar haqqında ətraflı məlumat veriblər. Akademik, eyni zamanda səyahət məqsədlərinə nail olmaq istəyən tələbələr üçün bu imkandan faydalana biləcəklər.

Təqdimatdan sonra tədbir iştirakçıları Qatar Airways tərəfindən təşkil olunan maraqlı komanda quruculuğu fəaliyyətində iştirak ediblər. Tələbələr birgə əməkdaşlığı və yaradıcılığı təşviq edən interaktiv oyunlar oynayıblar. Bu isə tədbiri həm maarifləndirici, həm də əyləncəli və yaddaqalan edib.

Bu tədbir Qatar Airways şirkətinin tələbələri dəstəkləmək, onların səyahət ehtiyaclarına uyğun praktiki həllər təklif etmək və bu kimi təşəbbüslər vasitəsilə əlaqələr yaratmaq istiqamətindəki səylərini bir daha vurğulayıb.

aaaaaaaaaaaaaaaaaaaaaaa (2)
sssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa