1 ay, 1 həftə əvvəl

UFAZ-ın "Birgə Tədqiqat Əməkdaşlığı 2024" Layihəsi Çərçivəsində Tədqiqatlar Davam Edir

Khamis Abiyev 1

ADNSU-nun doktorantı Xamis Abiyev UFAZ-ın təşkil etdiyi "Birgə Tədqiqat Əməkdaşlığı 2024" layihəsi çərçivəsində Fransanın Renn Kimya Elmləri İnstitutunda olub. İnstitutun dosenti Pierre-Francois Biard tərəfindən Fransaya dəvət olunan tədqiqatçının səfəri fevralın 25-28-də reallaşıb. 4 günlük tədqiqat səfəri seminar vermək, müzakirələr aparmaq və laboratoriyadakı avadanlıqlarla tanışlıq məqsədi daşıyıb.

Kimya mühəndisliyi sahəsində ixtisaslaşan Xamis Abiyev həmin müddətdə akademik dəstək və müasir laboratoriya imkanlarından yararlanaraq doktorantura tədqiqatında irəliləyişlərə nail olub. Renn Universitetində əldə etdiyi təcrübələr tədqiqatçının araşdırmalarının növbəti mərhələsi üçün data bazasını formalaşdırıb. Səfəri olduqca məhsuldar və zənginləşdirici hesab edən Xamis Abiyev univeristetlə gələcək əməkdaşlıqlara ümid edir.

"Birgə Tədqiqat Əməkdaşlığı 2024" təşəbbüsü Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantura tələbələri və araşdırmaçıları ilə beynəlxalq tədqiqatçılar arasında əməkdaşlıq layihələri, birgə nəşrlər və tədqiqat proqramlarının təşviq edilməsinə yönəlib.

Khamis Abiyev 2
Khamis Abiyev 3
Khamis Abiyev 4