7 ay, 2 həftə əvvəl
UFAZ-ın altı məzunu dünyanın müxtəlif nüfuzlu universitetlərində doktoranturaya qəbul olub

Bu il, Azərbaycan-Fransa Universitetinin (UFAZ) altı məzunu müxtəlif nüfuzlu universitetlərdə doktorantura proqramlarına qəbul olunaraq, universitetin akademik olan sadiqliyini bir daha vurğulayıb.
Yer elmləri üzrə magistratura proqramının məzunu Fazil Hüseynov Norveçdə Energetika Texnologiyaları İnstitutuna (IFE) qəbul olunub və burada Neft yataqları, izləyici və axın Texnologiyaları üzrə ixtisaslaşaraq enerji sektorunda qabaqcıl tədqiqatlara töhfə verəcək.
Fiziki kimya və kimya mühəndisliyi üzrə magistratura proqramının məzunları Fəridə Səlimova və Məhəmməd Fərzani Fransanın Strasburq Universitetinə qəbul olunublar. Fəridə Analitik Kimya üzrə doktorantura təhsili alacaq, Məhəmməd isə Qeyri-üzvi Kimya üzrə ixtisaslaşacaq.
Kompüter elmləri üzrə bakalavr proqramının məzunu Kamran İsmayılzadə Fransada INSA Rouen Universitetinə qəbul olunub və burada Kompüter elmləri üzrə doktorantura təhsili alacaq.
Data elmi və süni intellekt üzrə magistratura proqramının məzunu Oqtay Rəsulzadə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kompüter elmləri üzrə doktorantura proqramına qəbul olunub.
Həmçinin, Yer elmləri üzrə magistratura proqramının məzunu Nicat Əsgərli Türkiyədə İstanbul Nişantaşı Universitetində Biznesin idarəedilməsi üzrə doktorantura təhsili alacaq.