6 ay, 1 həftə əvvəl
SOCAR Gənc İstedadlar Proqramı ilə bağlı məlumat sessiyası keçirib

SOCAR, “Gənc İstedadlar Proqramı” ilə bağlı məlumat sessiyası keçirib. Sessiyada İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəis müavini Sadiq Sadiqov İşə qəbul və karyera planlama şöbəsinin insan resursları üzrə aparıcı mütəxəssis Rəşad Ələkbərov iştirak edərək tələbələri məlumatlandırıblar.
Gənc İstedadlar Proqramı, Azərbaycan və xaricdəki universitetlərdə təhsil alan Azərbaycan vətəndaşlarının inkişafını dəstəkləməyi qarşısına məqsəd qoyur. Bu təşəbbüs gənc fərdləri şəxsi və peşəkar bacarıqlarını artırmaq, eyni zamanda iş mühitinə hazırlamağı hədəfləyir.
Proqrama bakalavr və ya magistratura proqramlarının sonuncu ilində olan tələbələr, eləcə də son üç il ərzində təhsillərini başa vurmuş məzunlar müraciət edə bilərlər. Namizədlər Azərbaycan vətəndaşı olmalı və 29 yaşından kiçik olmalıdırlar.


