2 həftə, 3 gün əvvəl

UFAZ-da "Deloitte ilə davamlı həllər" adlı seriya təşkil olunub

deloitte

UFAZ Karyera Mərkəzi tərəfindən "Deloitte ilə davamlı həllər" adlı seriya təşkil olunub. Sessiyalar Deloitte Azərbaycanın risklərin idarə edilməsi departamentində davamlılıq məsələləri üzrə baş məsləhətçisi Aliyə Əhədova tərəfindən keçirilib. Açılış sessiyasında o, davamlılığın əsasları və onun müasir biznes təcrübələrindəki əhəmiyyəti haqqında danışıb, davamlılıq konsepsiyaları haqqında məlumat verib və bu konsepsiyaların gələcəyə yönəlmiş biznes strategiyalarının formalaşdırılmasındakı rolunu vurğulayıb. O, iştirakçılara davamlılığın inteqrasiyası vasitəsilə necə yeniliklərə və inkişafa töhfə verilə biləcəyini, işgüzar mühitdə daha faydalı nəticələr əldə oluna biləcəyini diqqətə çatdırıb.

İkinci sessiyada davamlı texnologiyalar və praktikalarla bağlı son yeniliklərə dərin nəzər salınıb. Aliyə Əhədova bu texnologiyaların bizneslər üçün iqtisadi faydalar və rəqabət üstünlükləri təklif etdiyini bildirib.

Son sessiyada Bakıda baş tutacaq COP29-un nəticələri və onun Azərbaycana töhfələri müzakirə olunub.

Bu seriya iştirakçıları davamlılıq məsələləri ilə bağlı məlumatlandırmaq, bu bilikləri müxtəlif təşkilatlarda tətbiq etmə bacarıqlarını aşılamaq baxımından müstəsna əhəmiyyət kəsb edib.

deloitte2
deloitte3