2 ay, 3 həftə əvvəl

UFAZ-da illik “Yer elmləri və şəbəkələşmə” tədbiri baş tutdu!

WhatsApp Image 2025-02-06 at 18.25.45

2025-ci il fevralın 6-da Azərbaycan-Fransız Universitetində növbəti “Yer elmləri və şəbəkələşmə” tədbiri keçirildi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR Baş ofisinin Geologiya şöbəsi, “SOCAR Midstream”, BP, AMEA-nın Neft və Qaz İnstitutu, UBOC, Xəzər Universiteti, Algenix, SEG kimi yerli və beynəlxalq təşkilatların nümayəndələri toplantıda iştirak etdilər. Tədbir UFAZ-ın baş katibi Martin Godonun açılış nitqi ilə başladı. Daha sonra Damien Le Marchand və Lucas Bofillin Yer elmləri departamenti üzrə təqdimatları baş tutdu.

Tədbirdə tələbə və əməkdaşların əldə etdiyi nailiyyətlərə və sonrakı dövr üçün nəzərdə tutulan yeniliklərə baxıldı. Kimya mühəndisliyi, yer və kompüter elmləri arasında multidisiplinar əməkdaşlığın genişləndirilməsi gələcək hədəflərdən biri olaraq müəyyən edildi. Diqqətdə saxlanılan digər məsələ iqlim dəyişikliyi və dayanıqlı həllərin tapılması oldu. Qlobal səviyyədə su böhranının yaşandığı da nəzərə alınaraq bu sahədə Azərbaycanda görülən tədbirlər, lokal su mənbələri arasındakı qarşılıqlı əlaqələr, Xəzər dənizində su səviyyəsinin azalması və yeraltı suların idarə edilməsinin tədqiqi prioritet məsələ elan edildi. Tədbirdə cəmiyyətin ətraf mühit problemləri üzrə maarifləndirilməsinin, dayanıqlı həll yolları və çağırışların ictimaiyyətə çatdırılmasının əhəmiyyəti də vurğulandı.

UFAZ tələbələri və məzunlarının da qatıldığı tədbirdə onların müxtəlif sahələrin mütəxəssisləri ilə akademik və peşəkar əlaqələr qurmasına şərait yaradıldı.

WhatsApp Image 2025-02-06 at 18.26.08
WhatsApp Image 2025-02-06 at 18.26.21
WhatsApp Image 2025-02-06 at 18.26.51
362a083a-4ad4-4bcf-b2f0-7aaa26c020fa
468a2b73-9d7d-42f6-85fe-1d184ad40f6c
WhatsApp Image 2025-02-06 at 18.27.22
7d27b698-2ec2-4274-b6a3-1640d1af4453