10 ay, 4 həftə əvvəl

“Xəzər hövzəsi keçid dövründə, yer elmləri və ətraf mühit problemləri arasında körpü 2024” konfransı davam edir

8orf8of

“Xəzər hövzəsi keçid dövründə, yer elmləri və ətraf mühit problemləri arasında körpü 2024” konfransı davam edir

Konfransın ikinci gününün əsas spikerləri Tel-Əviv Universitetinin professor, həmçinin ADNSU-nun fəxri professor Lev Appelbaum və Milan Katolik Universitetinin professor assistenti Matteo Tarantino olub. Kaliforniya Universitetinin professoru və NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının (JPL) tədqiqatçısı Sassan Saatçi, İtaliya Milli Tədqiqat Şurasının (CNR) nümayəndəsi Stefano Viqnudelli, Şirşov adına Okeanologiya İnstitutunun nümayəndəsi Anna Kostileva, Avropa və Afrika Aralıq Tarixi Laboratoriyasının təmsilçisi (LAMPEA) Syuzanna Leroy müxtəlif mövzularda təqdimatlar ediblər və iştirakçıların sualları cavablandırılıb. Ardınca, poster nümayişlərinə yer verilib.

Qeyd edək ki, Xəzər hövzəsinə dair konfrans enerji keçidi ilə bağlı çətinliklərə cavab olaraq yer elmlərində yeni yanaşmaların, metodologiyaların və məlumatların təqdim edilməsi və müzakirə olunmasını hədəfləyir. Konfransda Xəzər dənizi hövzəsinə dair mövzulara xüsusi diqqət yetirilir, keçid dövründə olan dünyanın problemləri, georesursların kəşfiyyatı və davamlılığı, geotəhlükələrin qiymətləndirilməsi və qarşısının alınması, həmçinin təbii və antropogen sistemlərin qlobal dəyişikliklərə davamlılığı kimi məsələlər araşdırılır. Həm yerində, həm də virtual təqdimatlara yer verilən konfransda mühazirələr, şifahi təqdimatlar, həmçinin abstraktların və posterlərin nümayişi baş tutur.

Məlumat üçün bildirək ki, təqdimat üçün 73 abstrakt göndərilsə də, onlardan 42-i şifahi təqdimat, 25-ı isə poster şəklində nümayiş üçün seçilib. Konfransda həmçinin COP29 çərçivəsində müzakirə olunması nəzərdə tutulan davamlılıq və iqlim dəyişmələri ilə bağlı məsələlərə dair mövzulara da toxunulmaqdadır.

Konfransda 4 əsas mövzu olması nəzərdə tutulur. Spikerlərin çıxışları həmin 4 mövzu əsasında olacaqdır. Həmin mövzulara “Xəzər hövzəsinin georesurslarının tədqiqi və qorunması”, “Geotəhlükələrin qiymətləndirilməsi və qarşısının alınması”, “Keçid dövründə iqlim dəyişikliyi və davamlılıq” və “Yer elmləri sahəsindəki sərhədlər” daxildir. Konfransa Azərbaycanla yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, İran, Fransa, Birləşmiş Krallıq, Türkiyə, Norveç, İsveçrə, Cənubi Afrika, İtaliya. Finlandiya və İsraildən də iştirakçılar qatılıblar.

iuluil
78o8o
8r7o
or78
uuu (2)
ofolfo