11 ay, 1 həftə əvvəl

“Mühəndislikdə yumşaq bacarıqlar” layihəsinin yekun təqdimatı keçirilib

hhmvhm

UFAZ Karyera Mərkəzi tərəfindən təşkil olunan “Mühəndislikdə yumşaq bacarıqlar” adlı layihənin yekun təqdimatı keçirilib. Tədbirdə çıxış edən UFAZ-ın icraçı direktor əvəzi Lətifə Nəsibova UFAZ Karyera Mərkəzinin tələbələrin peşəkar inkişafı istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayıb və layihəni yüksək qiymətləndirib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov yumşaq bacarıqların müasir dünyada olduqca zəruri olduğunu diqqətə çatdırıb. Strasburq Universitetinin vitse-prezidenti, UFAZ-ın koordinatoru Jan Mark Planeks də öz növbəsində işgüzar kommunikasiyada komanda ilə işləmək, problem həll etmə kimi yumşaq bacarıqların tələbələrə qazandırılmasını hədəfləyən layihəni olduqca uğurlu bir təşəbbüs kimi qiymətləndirib.

Ardınca, PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş əməliyyat inzibatçısı Cəlal Orucov, EY Azərbaycan şirkətinin İnsan Resursları Departamentinin Rəhbəri Samirə Şabanova və HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynovun çıxışlarına yer verilib.

Sonda təlimləri uğurla başa vuran 33 nəfər iştirakçı, həmçinin təlimçilər sertifikatla mükafatlandırılıb və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, “Mühəndislikdə yumşaq bacarıqlar” adlı ödənişsiz təlimlər gələcək mühəndislərin peşəkarlığını artırmaq məqsədi daşıyır. Layihə mühəndislik sahəsində təhsil alan 3-cü və 4-cü kurs tələbələri üçün nəzərdə tutulub. Məqsəd onları peşəkar həyata, təcrübə proqramlarına, həmçinin müsahibələrə hazırlamaqdır. 4 həftə davam edən və ingilis dilində keçirilən təlimlərdə iştirak üçün müxtəlif universitetlərdən cəmi 136 müraciət daxil olub və onların içərisindən 40 nəfər ən yaxşı tələbə iştirak üçün haqq qazanıb. Proqram boyu 9 nəfər təlimçi “Biznesin əsasları”, “Yumşaq bacarıqlar” və “Maliyyə savadlılığı” blokları üzrə seminarlar keçiblər.

mhhm
mnvm
vbn
bnvm
vbmvm
t79t