1 il, 2 ay əvvəl
UFAZ-ın “Qızların mühəndisliyə təşviqi” adlı layihəsinin növbəti mərhələsi başa çatıb

UFAZ-ın “Qızların mühəndisliyə təşviqi” adlı layihəsinin növbəti mərhələsi başa çatıb. Layihə çərçivəsində 5 müxtəlif məktəbin şagirdləri ilə görüşlər keçirilib. Şagirdlərə təlim keçilib və testlər təqdim olunub. Həmin testlər nəticəsində ən yüksək göstəricilərinə görə seçilən şagirdlər UFAZ-ın laboratoriyalarına ziyarəti təşkil edilib. Şagirdlər laboratoriyalarla tanış olub, müxtəlif elmi sınaqların aparılmasında iştirak ediblər. Qeyd edək ki, layihə gənc qızların mühəndislik sahəsini uğurlu bir peşə və karyera imkanı kimi görməklərinə şərait yaratmaqla, xanımların azlıq təşkil etdiyi STEM sahəsində gender balansını bərpa etmək və bu sahədə formalaşmış mənfi stereotipləri aradan qaldırmaq məqsədi daşıyır.


