1 ay, 2 həftə əvvəl

UFAZ-da Pi Festivalı Baş Tutdu!

pi8

PIdea, PIGMA və Şəbəkələşmə sessiyaları daxil olmaqla üç hissədən ibarət tədbir təqdimat və qaydaların diqqətə çatdırılması ilə başlandı.

Festivalın ilk hissəsi olan PIdea – Riyaziyyat İnnovasiya Yarışmasında tələbələr öz ideyalarını ortaya qoydular. Əsasən Riyaziyyat və Nəzəri Araşdırmalar, Tətbiqi Riyaziyyat və Mühəndislik, Elmdə və Gündəlik Həyatda Riyaziyyat, Yenilikçi Araşdırmalar ətrafındakı fikirlər təqdim edildi. Riyaziyyatın texnologiya, elm və real dünyadakı tətbiqləri ilə bağlı yanaşmalarını ortaya qoyan hər biri 4 nəfərdən ibarət 10 komanda münsiflər heyəti tərəfindən dəyərləndirildi. Komandaların təqdimatlarından sonra sual-cavab mərhələsi baş tutdu. UFAZ-ın “Slay” komandası birinciliyə layiq görüldü, UFAZ-ın “Epsilon” komandası ikinci yerə çıxdı, BANM-nin “Prime Pioneers” komandası üçüncü pillədə qərarlaşdı.

Paralel olaraq biliklərini sınamaq istəyənlər üçün PIGMA – Riyaziyyat Viktorinası keçirildi. Müsabiqə 4 nəfərlik komandalar halında yarışan iştirakçıların bilik, məntiq və problem həll etmə bacarıqlarını tətbiq etməsinə şərait yaratdı. Bütün mərhələlərdə ən yüksək xal toplayan “The Fossils” komandası qalib elan edildi. “Pumpkin Pi” və “Yello.py” komandaları müvafiq olaraq 2-ci və 3-cü yerlərə layiq görüldülər.

Şəbəkələşmə tədbiri ilə davam edən festival iştirakçılar üçün məlumat mübadiləsini təmin etdi.

pi1
pi2
pi3
pi6
pi9
pi7