2 ay, 3 həftə əvvəl

UFAZ-da 2024-cü ilin yaz semesterinin dərslərinə start verilib

421861366_976461470681058_215987686345794537_n

UFAZ-da 2024-cü ilin yaz semesterinin dərslərinə start verilib. Qeyd edək ki, UFAZ-da davamlı qiymətləndirmə sistemi tətbiq olunur. UFAZ-da tətbiq olunan yeni qaydalara əsasən, artıq yekun semestr imtahanları ləğv edilib və qiymətləndirməni həyata keçirmək üçün nəzərdə tutulan 3 müxtəlif tapşırıq və ya aralıq imtahanı semestrin qədər yekunlaşdırılır. Nəticədə, tələbələr bütün fənləri semestr boyunca öyrənir və daim hazırlıqlı olurlar. Bu barədə qərar UFAZ-ın Elmi Komitəsinin tövsiyəsi ilə Rəhbər Komitənin iclasında qəbul olunub.

Onu da xatırladaq ki, UFAZ-da akademik təqvimə əsasən tədris ilinin başlama və bitmə tarixləri hər il fərqli ola bilər. 2023-2024-cü tədris ilinin payız semestri sentyabr ayının 11-dən 29 dekabra qədər davam etmişdir. Yaz semestri isə 29 yanvar tarixindən may ayının 27-nə qədər davam edəcəkdir.

421848802_976461627347709_859456644150997427_n
421930170_976461617347710_7311940261542041584_n
422033626_976461930681012_5624134025149854358_n