6 gün, 6 saat əvvəl

UFAZ-ın üç tələbəsi “Holberton School”un “GenAI” proqramı üzrə 100% təqaüd qazanıb

GEN AI HOLBERTON SCHOOL (Presentation) vebbi

Azərbaycan-Fransız Universitetinin (UFAZ) üç tələbəsi “Holberton School Azerbaijan” tərəfindən elan olunmuş "Generativ süni intellekt" (GenAI) kursu üzrə tam təqaüd proqramının qalibi olub. Yüksək rəqabət mühitində seçilərək 100 faizlik təqaüd qazanan Emiliya Əbdülhəlimova, Pərvin Salahov və Dəniz Mustafayeva universitetin “Kompüter elmləri” ixtisası üzrə təhsil alırlar.

Silikon Vadisi modelinə əsaslanan və İKT sahəsində beynəlxalq təhsil şəbəkəsi kimi tanınan “Holberton School”, bu proqram vasitəsilə tələbələrə ənənəvi mühazirələrdən fərqli olaraq, innovativ metodologiyalar təklif edir. Tədris prosesi tətbiq edərək öyrənmə və qarşılıqlı öyrənmə prinsipləri üzərində qurulub. Bu isə tələbələrə nəzəriyyədən daha çox praktik layihələr üzərində işləmək imkanı verir.

Üç ay davam edəcək proqram çərçivəsində UFAZ tələbələri mürəkkəb prompt mühəndisliyinin sirlərini mənimsəyəcək, şəxsi süni intellekt alətlərini hazırlayacaq və mətndən müxtəlif multimedia formatlarının, o cümlədən 3D obyektlərin yaradılması istiqamətində peşəkar vərdişlər qazanacaqlar.

UFAZ tələbələrini bu mühüm uğur münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.