3 həftə əvvəl

UFAZ-ın məzunu Böyük Britaniyanın “INEOS Energy” şirkətində peşəkar biliklərini artırıb

parvinloqosuz (1)

Azərbaycan-Fransız Universitetinin “Neft və qaz mühəndisliyi” ixtisası üzrə məzunu Pərvin Hacıyeva baş ofisi Londonda yerləşən, Böyük Britaniyanın beynəlxalq enerji şirkəti “INEOS Energy”də təcrübə müddətini başa vurub.

Pərvin Hacıyeva 3 ay davam edən proqramın sonunda“Böyük Peqasus ərazisində regional təzyiq və maye analizi” mövzusunda hazırladığı layihəni təqdim edib. O, mürəkkəb yeraltı məlumatları komandaların analiz və qərar qəbuletmə proseslərində istifadə edə biləcəyi aydın, interaktiv vizuallara çevirmək üzərində çalışıb. Məqsəd isə məlumatların paylaşılma prosesini daha səmərəli etmək olub.

Təcrübəsi zamanı Pərvin proqramlaşdırma və tədqiqat bacarıqlarını inkişaf etdirib, problem həll etmə və əməkdaşlıq vərdişlərini gücləndirib, eyni zamanda qeyri-müəyyənlik şəraitində işləmək bacarığına yiyələnib.

Neft və qaz hasilatı, emalı və paylanması sahələrində ixtisaslaşan “INEOS Energy” innovativ texnologiyaların tətbiqi və davamlı enerji həllərinin inkişafına böyük önəm verir. Şirkət həmçinin təcrübəçilərə və gənc mütəxəssislərə praktiki bilik və bacarıqlarını inkişaf etdirmək üçün imkanlar təqdim edir.

Əminik ki, Pərvin Hacıyeva təcrübə müddətində bu imkanlardan kifayət qədər yararlanaraq gələcək karyera hədəfləri üzrə daha aydın təsəvvür qazanıb. O, gələcəkdə data, lay mühəndisliyi və maşın öyrənməsini bir araya gətirərək işləməyi, komandaların daha səmərəli irəliləməsinə kömək edən alətlər yaratmağı planlaşdırır.