2 ay, 4 həftə əvvəl

UFAZ-ın məzunu 2025-ci il Gənclər üçün Prezident Mükafatına layiq görüldü

omar st

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm, təhsil, mədəniyyət və innovasiya sahələrindəki xüsusi töhfələrə görə verilən 2025-ci il üzrə Gənclər Günü üçün Prezident Mükafatına dair sərəncam imzalayıb. Mükafatçılar arasındakı bəzi tələbələr nailiyyətlərinə görə təqdir ediliblər.

Mükafat qazananlardan biri 2023-cü ildə UFAZ-ın Neft mühəndisliyi ixtisasından məzun olan Ömər Nuruzadədir. Hazırda Mayami Universitetində magistratura təhsili alan Ömər akademik uğurlarına və öz sahəsinə töhfə verməyə davam edir.

Öməri bu önəmli nailiyyətinə görə təbrik edirik!