3 həftə, 2 gün əvvəl

UFAZ-ın Karyera Mərkəzi “EOY Talks” Sessiyasını Təşkil Etdi

cover eoy1

UFAZ-ın Karyera Mərkəzinin ilə qlobal təminat, vergi, tranzaksiya və məsləhət xidmətləri sahəsində fəaliyyət göstərən EY ilə əməkdaşlığı çərçivəsində tanınmış sahibkarlar Seymur Məmmədov və Gülbəniz Məmmədovanın iştirakı ilə “EOY Talks” sessiyası baş tutdu. Bu sessiyalar EY-nin qlobal təşəbbüsü çərçivəsində sahibkarların uğur hekayələrini bölüşərək, tələbələrin şəxsi və peşəkar inkişafını təşviq etməyə yönəlib.

“Simbrella”nın CEO-su və qurucusu olan Seymur Məmmədov 2023-cü ildə Azərbaycanda "İlin Sahibkarı" mükafatına layiq görülüb. Onun rəhbərliyi altında “Simbrella” texnologiya sahəsində əhəmiyyətli uğurlar əldə edib. Sessiyada Azərbaycan dilində çıxış edən Məmmədov, sahibkarlıq yolundakı təcrübələrini bölüşərək dözümlülük və davamlı özünüinkişafın vacibliyini vurğuladı.

“EOY 2025”in qalibi olan Gülbəniz Məmmədova “Princeps Legem”in qurucusudur. O, iş dünyasında uğur qazanmaq üçün innovasiya və strateji planlaşdırmanın roluna diqqət çəkərək sahibkarlıq yolunda uğur əldə etmək üçün vacib perspektivləri təqdim etdi.

“EOY Talks” sessiyaları UFAZ-ın akademik təhsillə real dünya tətbiqləri arasında körpü qurmaq təşəbbüsü ilə səsləşir və tələbələrə sənaye liderlərinin təcrübələrinə birbaşa çıxış imkanı yaradır. UFAZ bu cür tədbirlərlə tələbələri öz məqsədlərinə inamla yönləndirməyi hədəfləyir.

eoy2
eoy3
eoy4
eoy5
eoy6
eoy7