3 ay əvvəl

UFAZ Karyera Mərkəzi SLB ilə əməkdaşlıqda HSE Təlimi Təşkil Edib

dgrdgdfrhrtr

UFAZ Karyera Mərkəzi SLB ilə əməkdaşlıq çərçivəsində UFAZ və ADNSU-nun 3-cü və 4-cü kurs tələbələri üçün genişmiqyaslı HSE təlimi təşkil edib. "Enerji Sektorunda HSE-nin Əsas Prinsipləri: Təhlükəsizliyin, Dayanıqlılığın və Uyğunluğun Təmin Edilməsi" mövzusunda keçirilən sessiyada 127 iştirakçı təlimi uğurla başa vuraraq sertifikat alıb.

Təlim Parviz Adışov (HSE və Dayanıqlılıq üzrə rəhbər) və Aygün Allahverdiyeva (SLB-də İşə Qəbul üzrə Koordinator) tərəfindən keçirilib. Onların peşəkarlığı və səyləri tədbirin uğurla keçirilməsində mühüm rol oynayıb.

HSE (Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit) prinsipləri mühəndislik sahəsinin əsasını təşkil edir, xüsusilə də enerji sektorunda, təhlükəsizliyin, dayanıqlılığın və uyğunluğun təmin edilməsi çox vacibdir. Təlim, tələbələrimizi gələcək karyeralarında müvəffəqiyyətlə irəliləmələri üçün zəruri bilik və praktiki bacarıqlarla təmin edib.

SLB-yə və onun peşəkar komandasına tələbələrimizin peşəkar inkişafına verdikləri dəyərli töhfələr üçün səmimi təşəkkürümüzü bildiririk.

thmtum
tutynuu
bresyrem
hkyukyu
rtuhtdjt
nrynth