2 ay, 3 həftə əvvəl

UFAZ Karyera Mərkəzi “Mühəndislikdə yumşaq bacarıqlar” adlı təlim təşkil edəcək

SSEE SPEAKERS (1)

UFAZ Karyera Mərkəzi “Mühəndislikdə yumşaq bacarıqlar” adlı təlim təşkil edəcək. Təlim gələcək mühəndislərin peşəkarlığını artırmaq məqsədi daşıyır. Dörd həftəlik təlim UFAZ-da baş tutacaq və ingilis dilində keçiriləcək. 3-cü və 4-cü kurs tələbələrini təcrübə proqramlarına və müsahibələrə hazırlamağı nəzərdə tutur.

İştirakçılara “EY Azerbaijan,” Paşa Bank və Azərbaycan HR İnstitutu kimi tərəfdaş şirkətlər tərəfindən sertifikatlar təqdim olunacaq. Qeydiyyat fevral ayının 13-nə qədər davam edəcək və yalnız seçilmiş 40 tələbə təlimdə iştirak haqqı qazanacaq.

Qeydiyyat üçün link