2 gün, 2 saat əvvəl

UFAZ-ın müəllimləri Fransada tədqiqat səfərində olublar

1783621907892 22222 b

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisasının müəllimləri Dr. Yusif İbrahimov və Dr. Əli Xudiyev Fransanın Strasburq şəhərinə tədqiqat səfəri həyata keçiriblər.

Səfərin əsas məqsədi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yaradılması nəzərdə tutulan Süni İntellekt İnstitutu çərçivəsində beynəlxalq elmi əməkdaşlıq imkanlarını genişləndirmək, birgə tədqiqat istiqamətlərini müzakirə etmək, tələbələrin elmi rəhbərliyi üzrə tərəfdaşlıqlar qurmaq və gələcək layihələr üçün ilkin fəaliyyətləri həyata keçirmək olub.

Səfər çərçivəsində nümayəndə heyəti Strasburqun aparıcı mühəndislik və tədqiqat mərkəzlərini, o cümlədən INSA Strasburq “ICube” tədqiqat laboratoriyası və ICAM Strasburq institutunu ziyarət edib. Görüşlər zamanı süni intellekt, rəqəmsal texnologiyalar və tətbiqi tədqiqat sahələrində əməkdaşlıq perspektivləri, eləcə də universitet-sənaye tərəfdaşlığına əsaslanan innovativ tədqiqat ekosistemləri ilə bağlı fikir mübadiləsi aparılıb.

UFAZ-ın tərəfdaş universitetləri və tədqiqatçıları ilə keçirilən görüşlərdə gələcək birgə elmi layihələr, tədqiqatçı və tələbə mübadiləsi, eləcə də ortaq elmi rəhbərlik imkanları müzakirə olunub. Görüşlər həmçinin yeni tədqiqat ideyalarının formalaşmasına və gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaradılmasına töhfə verib.

1783621908441 111111111 a
1783621908073 333333 c