1 il, 2 ay əvvəl
UFAZ məzunu Rəşad Abbasovun elmi məqaləsi dərc olunub

UFAZ məzunu, hazırda Strasburq universitetində Yer Elmləri ixtisas istiqaməti üzrə doktorantura səviyyəsində təhsil alan Rəşad Abbasovun, Marvan Fahs və Reno Tussenin rəhbərliyi, Anis Yunis, Hüseyn Novamuz və Knut Yorgen Maloyla birgə əməkdaşlığı ilə məqaləsi dərc olunub. “Yerli təhlükəsizlik amili konseptindən istifadə etməklə, yağıntıların səbəb olduğu sürüşməni modelləşdirmə: Qeyri-müəyyənliyin yayılması və həssaslığın təhlili” mövzusunda yazılmış məqalə "Kompüterlər və geotexniklər" jurnalında dərc olunub.